Jurnalın məqsədi Botanika elminin inkişafına təkan verməkdir. Jurnalın qarşıya qoyduğu məsələlər peşəkar botaniklər üçün aktual olan tədqiqat nəticələrinin dərcidir.

“Acta Botanica Caucasica” jurnalı fundamental botanikanın müxtəlif sahələri üzrə tədqiqatların nəticələrini dərc edir: Sistematika, filogeniya, floristika, geobotanika, morfologiya, struktur botanika, bitki fiziologiyası; bitki dünyasının mühafizəsi, o cümlədən Qafqazın bitki örtüyünün öyrənilməsinə dair məqalələr; elmi tədbirlərə dair xroniki materiallar (simpoziumlar, konfranslar); mühüm botanika yenilikləri; Botanika tarixinə dair məqalələr. “Acta Botanica Caucasica” jurnalında Qafqaz və xarici müəlliflərin məqalələri ingilis dilində dərc olunur. Məqalələrə ən son, əvvəllər dərc olunmamış faktiki məlumatlar və nəzəri mülahizələr daxil edilməlidir.

ISSN:2958-0536